Misir Mərdanovdan yeni təyinat

img

28-10-2011 [02:30]


Təhsil Nazirliyinin Əsaslı tikinti idarəsinə yeni rəisin təyin olunub. Bu barədə Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Misir Mərdanovun sözlərinə görə, həmin vəzifəyə İsaxan Babayev təyin olunub. Nazir bildirib ki, dekabrın sonunda Təhsil Nazirliyinin Əsaslı tikinti idarəsi illik hesabat verəcək və monitorinq keçiriləcək. Əgər, gələn il dövlət budcəsindən İdarə üçün vəsait ayrılarsa, qurum işini davam etdirəcək. Dövlət büdcəsindən vəsait ayrılmasa, idarə işini davam etdirməyəcək. Nazir idarənin ləğv oluna biləcəyini də qey edib. Qeyd edək ki, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirov işdə yol verdiyi nöqsanlara görə, bir neçə gün öncə vəzifəsinmdən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA