Yağızlı hava davam edəcək

img

28-10-2011 [02:26]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamentindən verilən məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış, dağlıq rayonlarda qar yağacağı, Lənkəran-Astara bölgəsində intensiv yağıntıların davam edəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. Hava şəraitinin qısa icmalı gəlincə isə yaxın 2 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA