Prezident mətbuat katibini təltif edib

img

02-08-2018 [15:19]


Azərbaycan prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilən şəxslər arasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova da var.

Samayə Məmmədova "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Samayə Məmmədova Modern.az-a açıqlamasında prezidentin sərəncamını yüksək qiymətləndirdiyini deyib.

"Cənab prezidentimiz dövlət qulluqçularını təltif edib. Təltif olunanlar arasında mən də varam. Ümumilikdə Gənclər və İdman Nazirliyindən 5 nəfər dövlət qulluqçusu təltif olunub. Bir daha başda cənab prezidentimiz olmaqla, hər kəsə minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA