200-dən yuxarı bal toplayan abituriyentlərin diqqətinə - Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu başladı

img

02-08-2018 [12:22]


 Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan olunub.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplayan abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 6-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA