"Öz vətəndaşlarına bu qədər diqqət, qayğı göstərən dünyada ikinci ölkə yoxdur" - Prezident İlham Əliyev

img

01-08-2018 [17:53]


"İşğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar, eləcə də BMT qeyd edir”.

Bu fikirləri avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələrə Azərbaycan təcrübəsi nümunə kimi göstərilir.

Dövlət başçısı əlavə edib ki, öz vətəndaşlarına bu qədər diqqət, qayğı göstərən dünyada ikinci ölkə yoxdur: "Bu, bir daha niyyətimizi və siyasətimizi əks etdirir. Bunu gələcəkdə də davam etdirəcəyik. Növbədə duran bu kateqoriyadan olan insanlar mənzillər, evlər, maşınlarla imkan daxilində təmin ediləcəklər”.   

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA