Azərbaycanda problemli kreditlərin həcmi artıb - Mərkəzi Bank

img

01-08-2018 [16:42]


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 745,7 mln. manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2 % çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 7,3% artıb, ötən il iyulun 1-nə nisbətən isə 3,6% azalıb. 

İyunun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət mayın sonuna 14,3% təşkil edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA