Həkimlərin imtahanının biabırçı nəticəsi

img

27-10-2011 [04:49]


Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da fizioterapiya və tibbi bərpa və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 222 nəfəri uğurlu nəticə əldə edə bilib. 32 həkim fizioterapiya, tibbi bərpa və terapiya ixtisasları üzrə imtahanlardan keçə bilməyib. Növbəti test imtahanları noyabrın 2-də mamalıq-ginekologiya və nevrologiya ixtisasları üzrə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA