"2 ildə mənə dəyən zərərin 2-3 qat artıq kompensasiyasını tələb edəcəm"- "Bakcell" məhkəməyə veriləcək

img

01-08-2018 [12:40]


"Bakcell"dən narazılıq günü-gündən artır. Xüsusən də media nümayəndələri arasında bu opertordan narazılıq edən jurnalistlərin sayı çoxalıb.

Mia.az xəbər verir ki, jurnalist Vüsalə Rüstəmova narazılığını sosial şəbəkə vasitəsiylə ictimailəşdirib. Xanım jurnalist "Bakcell"i məhkəmək niyyətində olduğunu da bəyan edib:

"Axşam saat 9 radələrində Bakcell nömrəmə 5 manatlıq kontur yüklədim. Sonra yatmağa getmişəm və heç kimlə danışmamışam. Səhər Bakcell məndən kontur çıxıb-çıxmadığını öyrənmək üçün balansımı maraq üçün yoxladım. Cəmi balansımda 2 manat 84 qəpik pul qalmışdı.
Bakcell-in "Əhmədli" filialına getdim ki, gecə mən yuxuda olanda baş verən soyğunçulu aydınlaşdırım. Əhmədli filialında 3 -cü masa mənə xidmət göstərməkdən imtina etdi. Hətta nömrəmin balansını belə yazıb yoxlamaq istəmədi.
Növbəti addımım məhkəmədir. 2 ildə mənə dəyən zərərin 2-3 qat artıq kompensasiyasını tələb edəcəm. Artıq 2 ildir kontur problemindən əziyyət çəkirəm. Mən konturumun hara getməsinə dair bazanı istəyirəm. Bilmək istəyirəm kiminlə neçə dəqiqə danışmışam, hansı xidmətə nə qədər pulum gedib?"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA