Səfər Əbiyev iran islam Respublikası müdafiə nazirini qəbul edib

img

27-10-2011 [03:54]


Bu gün Azərbaycana işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidinin müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücəndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA