Bakıda "Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində "Dəniz Kuboku-2018" start götürür - 3 mərhələ olacaq

img

31-07-2018 [16:10]


Avqustun 1-də Bakıda "Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində "Dəniz Kuboku-2018" start götürür.

"Report" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında mətbuat konfransı keçirilib. Daha sonra komandalar püşkatma mərasimini və gəmilərə baxış keçiriblər.

Qeyd edək ki, oyunlar üç mərhələdən ibarət olacaq: 

1) dəniz hazırlığı üzrə yarışlar; 
2) gəmilərin "sağ qalması" üzrə yarış; 
3) artilleriya atəşlərinin həyata keçirilməsi.

Hərbi-dəniz yarışlarında Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA