Azərbaycanda yeni xidmət yaradıldı - Sərəncam verildi

img

31-07-2018 [15:56]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, həmin fərmanla avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Ali Məclis Sədrinin həmin fərmanı ilə "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında Əsasnamə” və "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA