Azərbaycan Ordusu yeni təlimə qatılacaq - “Layiqli Tərəfdaş 2018”

img

30-07-2018 [19:38]


Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək "Layiqli Tərəfdaş 2018” (Noble Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.

Təlimə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3 mindən artıq hərbi qulluqçu qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA