30-07-2018 [16:45]
Artıq bir neçə gündür Azərbaycan ərazisində meşə yanğınları baş verir. İyulun 28-də Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndləri ərazisində baş verən yanğın sonradan yaxınlıqdakı Altıağac Milli Parkının ərazisinə də keçib.
Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb, lakin güclü külək yanğının tam söndürülməsində çətinlik yaradıb. Yanğının söndürülməsinə vertolyotlar və amfibiya-təyyarə cəlb edilib.
İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə yanğın başlayıb, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib.
Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında yanğın baş verib. Hər iki yerdə alovun yayılmasının qarşısı alınıb.
Bir neçə gündür davam edən yanğınların səbəbləri nələrdir?
"Bildiyiniz kimi, Altıağac Milli Parkına yaxın ərazidə - Köhnə Quşçu kəndində başlayan yanğın biçənək sahəsindən sonradan Milli Parkın ərazisinə keçib. Görün bir nəfərin məsuliyyətsizliyi, ehtiyatsızlığı üzündən artıq 3 gündür ki, yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) , Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli qurumunun əməkdaşları və aviasiya dəstələrinin qüvvələri gecə-gündüz tədbirlər görür. Küləkli hava şəraiti yanğının söndürlməsində çətinliklər yaradır. Bundan əlavə, yanğın çətin relyefli dağlıq ərazidə olduğuna görə texnikanın ora cəlb edilməsində çətinlik yaranıb.Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Əraziyə FHN-nin 2 helikopteri və 1 təyyarəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
"Yanğın hər kəsin birgə səyi nəticəsində söndürülməlidir. Çünki təbiət hamımızındır. Konstitusiyamızda qeyd edildiyi kimi, sağlam ətraf mühitdə yaşamaq hər kəsin hüququdur. Bu baxımdan hər bir vətəndaş hüquqlarını, təbiəti, meşələri qorumaq üçün əlindən gələn töhfəni verməlidir. Çünki yanğın zamanı meşə ərazisində ziyan təkcə ağaclara dəymir, torpaq örtüyü, nadir və sayı azalmaqda olan heyvan, bitki növlərinə də ziyan dəyir. Bu da öz növbəsində cinayət xarakteri daşıyır.
Bu cür cinayət törədən şəxslərin tapılması və qanuna uyğun cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulan ziyanın ödətdirilməsi üçün artıq hüquq-mühafizə orqanlarına müraciət olunub. Onlar barəsində ən sərt cəza tədbirləri görülməlidir ki, digərlərinə örnək olsun.
Nazirlik bir daha havaların isti və quru keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır. Eyni zamanda yanğın baş verən zaman hər kəs yanğının söndürülməsində yaxından iştirak etməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi