Kənd təsərrüfatı naziri Facebookda - FOTO

img

30-07-2018 [10:48]


Kənd təsərrüfatı naziri İnam Kərimov Facebook sosial şəbəkəsində profil yaradıb.


Nazirin dostluq siyahısında artıq xeyli şəxs də yer alır. İnam Kərimov əsasən kənd təsərrüfatı sektoru  ilə bağlı paylaşımlar edir ki, bu da izləyicilər tərəfindən maraqla qarşılanır.
 

İnam Kərimob ölkə başçısının 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub. Həmin təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. Nazir Sorbon Universitetində hüquq üzrə doktor elmi dərəcəsi alıb. İngilis, fransız, fars və rus dillərini bilir.


Evlidir, iki övladı var.


Qeyd edək ki, İ.Kərimovun qardaşı Mətin Kərimli də yüksək post tutan məmurlardandır. O, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinidir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA