Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil - QƏHRƏMANIN AİLƏSİNDƏN AÇIQLAMA

img

30-07-2018 [00:58]


Azərbaycan mətbuatında, guya, ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının baş daşını nümayişkaranə şəkildə dağıtması barədə xəbər yayıb. 

Mia.az bildirir ki, Qaziler.az saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, dağıdılan məzar Milli Qəhrəmanımıza aid deyilmiş. 

Ailədən bildiriblər ki, ümumiyyətlə A.Bağırovun başdaşı olmayıb: "Sadəcə, digər şəhidlər kimi onun baş daşı dəmir löhvədən ibarət olub".

Elə dağıdılan başdaşından da görünür ki, o A.Bağırovun deyil. Çünki başdaşında qəhrəmanımızın adı, soy adı atasının adı rusca yazılıb. Videodakı başdaşı ermənilər tərəfindən qəsdən hazırlanıb və paylaşılıb.

Redaksiyadan: Əslində işğal altındakı ərazilərimizdə qalan istənilən şəhidimizin məzarı ermənilər tərəfindən təhqir edilə bilər. Amma ermənilərin yaydığı video həqiqəti əks etdirmir. Xahiş edirik şəhidlərimizlə bağlı, xüsusən Milli Qəhrəmanlarımızla bağlı erməni mətbuatının yaydığı məlumata uymayın. Yalan məlumatı yaymayın!




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA