29-07-2018 [23:05]
Yunan Kiprində keçirilən beynəlxalq konfransda İsrail və Misirin səfriləri Türkiyəni hərbi hücumla hədələyiblər.
Mia.az xarici mətbuata istinadən bildirir ki, xaricdə yaşayan yunanlarla bağlı keçirilən konfransda çıxış edən İsrailin Kiprdəki səfiri Ammi Ravel yunanların Aralıq dənizində mavi qaz axtarışının təbii haqları olduğunu bəyan edib.
Səfir bildirib ki, Türkiyənin buna qarşı çıxması və təhdidləri müharibəyə əsasdır: "Ümid edirəm ki, türk təhdidləri səbəbi ilə İsrail hərbi müdaxiləyə əl atmaq məcburiyyətində qalmayacaq".
İsrailin səfirindən sonra tribunaya qalxan Misirin Kiprdəki səfiri Mai Taha Məhəmməd isə daha sərt çıxış edib. O, Ankaranı açıq şəkildə müharibə ilə hədələyib: "Gərəkirsə, Türkiyəyə qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyik. Buna hazırıq".
Diqqətçəkən məqamlardan biri də odur ki, konfransda iştirak edən ABŞ-ın Kiprdəki səfiri Cazleen Doherti də İsraillə Misirin müharibə çağırışı edən səfirlərinə dəstək verib. O deyib ki, Türkiyənin yunanlara qarşı və Aralıq dənizindəki mövqeyi ABŞ üçün də qəbuledilməzdir.
Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki "Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıb.
İsrailin "Delek Drilling” və "Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın "Noble Energy” şirkətindən ibarət konsorsiumun bu qərarı isə Ankara tərəfindən çox sərt qarşılanıb. Ankara kəşfiyyat qazıntılarının aparılacağı ərazilərin mübahisəli olduğunu qabardaraq, Kiprin türklər qanadının və Türkiyənin maraqlarının nəzərə alınmayacağı təqdirdə, buna imkan verməyəcəyini bəyan edir. Ancaq ABŞ və İsrail şirkətləri 2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən "Tamar"a yaxın ərazilərdə 238 milyard kubmetr təbii qaz ehtiyatı olduğunu bəyan edərək, geri çəkilmək niyyətində deyil. Əksinə, göründüyü kimi, müharibəyə belə hazır olduqlarını bəyan edirlər.
Belə bir gərgin məqamda isə Misir də İtaliyanın "Eni” neft-qaz şirkəti vasitəsi ilə Aralıq dənizində qaz axtarışını genişləndirərək, Ankaraya qarşı rəqib olan ölkələrlə eyni çərgədə mövqe tutub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi