"Sınıq körpü"də dəhşətli tıxac yaranıb: "Biz hələ indiyədək iyul ayında belə müsibət görməmişdik"

img

29-07-2018 [18:58]


Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq körpü"də hazırda dəhşətli mənzərə yaranıb.

Bu barədə Mia.az-a hazırda orada 7-8 saatıdır tıxacda qalan şəxs məlumat verib.

Bildirib ki,  Azərbaycan gömrükçülərinin hoqqabazlığı üzündən hazırda tıxacın uzunluğu az qala Tiflisə çatır: "Gürcülər açıq şəkildə deyir ki, hamısı sizin gömrükçülərin hoqqalarıdır. Təsvvür edin ki, neytral zonadakı bütün xətlər maşınlarla dolduğundan gürcülər də məcbur qlıb maşınları buraxa bilmirlər. Azərbaycan gömrükçüləri həddən artıq ləng şəkildə maşınları buraxırlar. Bu da tıxacı hər keçən dəqiqə daha da böyüdür. İndiyədək iyul ayında belə müsibət olmayıb. Hələ iyulun sonudur, amma "Sınıq körpü" az qala dağılır. Bəs, dərslərin açılan vaxtı bura necə olacaq? Nəzərə alaq ki, həmin günü Gürcüstandan Azərbaycana daha çox ailə dönəcək".

İş günü olmadığından Gömrük Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA