Azərbaycan tankçıları 23 ölkə ilə yarışır - Tankçılarımız qrup birinci oldu + FOTOLAR

img

28-07-2018 [23:46]


 İyulun 28-də "Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində "Tank biatlonu” müsabiqəsinə start verilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri "Tank biatlonu” müsabiqəsində iştirak edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA