Bu dəfə Şabran meşə massivində yanğın başladı - FHN-çilər hərəkətləndi

img

28-07-2018 [23:27]


Şabran rayonu ərazində meşə massivində yanğın başlayıb.

Yanğın rayonun Zeyvə kəndi ərazisində qeydə alınıb.

Ərazi İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, əraziyə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA