Yol polisindən sürücülərə xəbərdarlıq

img

26-10-2011 [01:54]


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda nəqliyyatın sıx olduğu yolları açıqlayıb. İdarədən verilən məlumata görə, havaların yağıntılı keçməsi, həmçinin paytaxt yollarında intensivlik səbəbindən Bakının aşağıdakı yollarında sıxlıq müşahidə olunur: Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən Rəşid Behbudov küçəsinədək, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsindən Zərifə Əliyeva küçəsinədək, Azadlıq prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsindən Ü.Hacıbəyov küçəsinədək, Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək, Cəfər Cabbarlı küçəsi ilə Füzuli meydanı istiqamətinə və əks istiqamətdə, Zərifə Əliyeva küçəsi, Rəsul Rza küçəsi ilə kəsişməyədək, həmçinin Rəşid Behbudov küçəsində, Neftçilər prospekti ? Xalçaçılıq Muzeyindən Azneft meydanınadək. Həmin yollarda daimi sıxlığı və intensivliyi nəzərə alaraq sürücülərdən xahiş olunur ki, yuxarıdakı yollardan mümkün qədər az istifadə etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA