27-07-2018 [18:31]
"Azerfon” MMC ("Nar” ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən "Nar” ölkə ərazisində 74 3G və 161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində "Nar” öz abunəçilərinə 5 yeni xidmət ("Exchange”, Pulsuz "WhatsApp”, Turbo düymə, Full paketi üçün Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib. Nəticədə, mobil operatorun abunəçi bazası ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda "Nar” abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.
"Azerfon” MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib: "İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək üçün çalışacağıq.”
Yeni istismara verilən "Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində "Nar” şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub. Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım göstərərək paytaxt Bakını qabaqlayıb.
4G şəbəkəsinin genişləndirməsinə xüsusi diqqət yetirən "Nar” ölkənin daha 22 bölgəsində Ağdaş, Daşkəsən, Gəncə, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Salyan, Şabran, Şəki, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax və Zaqatalada qurulub. 4G şəbəkənin genişlənməsi sayəsində bölgələrdə smartfonlardan istifadə artıb.
Qeyd etmək lazımdır ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma "Nar” şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, "Nar”-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə müqayisədə dəyişməz olaraq qalmışdır.
Hazırda genişləndirilmiş "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə "Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək "HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
"Nar” şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı nar.az saytından öyrənə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi