DİM Apellyasiya Komissiyası yaradıb - Abituriyentlərin diqqətinə

img

27-07-2018 [11:08]


Dünən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keşmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 27, 30 və 31 iyul saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş verən digər hallarla bağlı müraciətlərə baxılmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA