26-07-2018 [18:43]
"Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın "Jara" festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə tanış oldum. "Xəzər" TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır".
Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jara" festivalında iştirak edəcək müğənni Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.
Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: "Erməni soyadını kənara qoyub, yalnız Ermənistanı vəsf edən mahnının bunun üçün əsas verə biləcəyi qənaətindəyəm. Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil".
Ə. Amaşov xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzvdür: "Bu təşkilatlarda Ermənistan da təmsil olunur və dəfələrlə olub ki, həmin təşkilatların xətti ilə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərə erməni nümayəndələr qatılıblar. Hətta erməni jurnalistlərin də Bakıya gəldikləri vaxtlar olub. Nə etməli idik? İmkan verməməliydik?"
Millət vəkili Avropa Oyunları zamanı da ölkəmizə erməni idmançıların gəldiyini qeyd edib: "İdmanın idman, musiqinin musiqi, müharibənin də müharibə yeri var. Biz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı faktına etiraz ediriksə, bunu səngərdə göstərməliyik. 2016-cı ilin aprel döyüşlərində göstərdiyimiz kimi. Ancaq erməni olduğu deyilən, əslində isə kürd əsilli bir müğənninin Bakıya gəlməsini sanki süngü ilə qarşılamaq zənnimcə doğru yanaşma deyil. Ən xoşagəlməz məqam isə özümüzün olan "Xəzər TV"yə yayımladığı sujetə görə hiddət yağdırmaqla, əslində, öz içimizdə parçalanma yaratmağımızdır. Bizə kənardan baxırlar. Yenə də bu fikirdəyəm ki, təmkinli olmalı, hər bir etirazı normal qaydada, əsaslandırılmış şəkildə bildirməliyik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi