Hərbi Prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib - Xanlar Vəliyev açıqladı

img

26-07-2018 [15:38]


"Ötən il Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 8 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən, məharət dərəcələri verilib, 11 hərbi prokurorluq işçisinə əvvəllər verilmiş məharət dərəcələri artırılıb, 1 nəfərin məharət dərəcəsi ləğv edilib, 1 nəfərin məharət dərəcəsi bir pillə aşağı salınıb. Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 10 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilib, 11 işçi müxtəlif medallarla təltif olunub, 34 əməkdaşa rütbələr verilib".

"Report”un xəbərinə görə, bunu baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində deyib.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA