Azərbaycanda çaylarda mövcud vəziyyət barədə məlumat açıqlanıb

img

26-10-2011 [12:18]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlayıb. ETSN-in mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda bildirilir ki, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq 10 günlük normanın 80-120, Lənkəran-Astara bölgəsi çaylarında 9-17, Naxçıvan MR-sı çaylarında isə normanın 60-80 faizi qədərdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 158 m3/san, yəni ongünlük normanın 96 faizini (2010-cu ildə 148 m3/san olmaqla 90 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 62 m3/san, yəni ongünlük normanın 67 faizini (2010-cu ildə 104 m3/san olmaqla 113 faizini) təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2010-cu il oktyabrın 25-də 420 sm), Şirvanda 301 sm (2010-cu il oktyabrın 25-də 338 sm ), Salyanda 322 sm (2010-cu il oktyabrın 25-də 332 sm), Bankədə 250 sm (2010-cu il oktyabrın 25-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 156 santimetrdir (2010-cu il oktyabrın 25-də 209 sm).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA