Hökumət qərar verdi, yeni idarələr yaradıldı - "Azərişıq”da struktur dəyişikliyi

img

25-07-2018 [23:33]


Nazirlər Kabineti "Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edib. 

Mia.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilib:

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri (2.5-ci bənd) "Zərdab, Kürdəmir, Sabirabad və Saatlı" sözləri "Zərdab və Kürdəmir" sözləri ilə əvəzlənib.

2.7-ci bənd (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri) Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) - Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri ilə əvəz olunub.

Bununla yanaşı, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturuna Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri yaradılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA