4 prokuror məsuliyyətə cəlb olundu, 1-i işdən çıxarıldı - Prokurorluqda müşavirə

img

25-07-2018 [20:12]


Bakı şəhər prokurorluğunun 4 əməkdaşı yol verdikləri kobud pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub.

Mia.az-ın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda 2018-ci ilin birinci yarısının yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb olunmuş prokurorluq əməkdaşlarından biri tutduğu vəzifədən azad edilib.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA