Çavuşoğlundan FETÖ açıqlaması: "Türkiyə İran və Rusiyaya qarşı atılan addımları dəstəkləmir"

img

24-07-2018 [19:26]


"Türkiyə digər ölkələrə, həmçinin İran və Rusiyaya qarşı atılan addımları dəstəkləmir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

 "ABŞ Fətullah Güləni Türkiyəyə təslim etdiyi halda belə, biz öz fikirimizdən dönməyəcəyik. Lakin buna baxmayaraq, ABŞ bizim müttəfiqimizdir, sadəcə bizim seçimimiz hər hansı bir şərtə bağlı deyil"-, o, vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib: "Azərbaycan FETÖ-nün fəaliyyətinin qarşısının alınmasında ciddi addımlar atıb". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA