Türk nazir Paşinyanla görüşünü belə şərh etdi: "Nəzakət və insanlıq naminə onunla salamlaşdım və..."

img

24-07-2018 [19:12]


"Ermənistanın baş naziri Nikol Paşinyanı insanlıq naminə təbrik etdim. Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tutmağımız mümkün deyil".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

"Bəli, mən Ermənistanın baş nazirini təbrik etmişəm. Bu, ayaq üstü olub. Ermənistanın Avropa Şurasında keçmiş təmsilçisi və indiki xarici işlər naziri ilə Belçikada görüşdüm. Görüş zamanı o, məni Ermənistanın yeni hökumət başçısı ilə tanış etdi. Mən nəzakət və insanlıq naminə Nikol Paşinyanla salamlaşdım və təbrik etdim. Bu o demək deyil ki, biz Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tuta bilərik" -, deyə o, qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA