Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun qəbul olundu

img

25-10-2011 [03:00]


Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclasında eks-prezidentlərlə bağlı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. ?Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında? qanun layihəsinin müzakirəsi yekunlaşandan sonra sənədin səsverməsi olub. Səsvermə zamanı 100 nəfər qanun layihəsinin lehinə, 3 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səsvermədə iştirak etməyib. Beləliklə ?Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında? qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA