"ABŞ-dan gələn nümayəndə heyətinə də dedik ki, İrana qarşı sanksiyalara qoşulmayacağıq" - Çavuşoğlu

img

24-07-2018 [15:12]


"Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq".

"RİA Novosti" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, özü də əlverişli şərtlərlə. Onlar uzaqdan danışırlar, biz bu yolla getməyəcəyik", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter"də böyük hərflərlə İranın ABŞ-ı təhdid etməkdə davam edəcəyi təqdirdə görünməmiş nəticələrlə üzləşəcəyini yazıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA