Yunanıstanda meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur - XİN

img

24-07-2018 [13:26]


 "Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur".

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır", -  deyə XİN rəsmisi əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA