Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın - FHN qüvvələri cəlb olunub

img

23-07-2018 [23:07]


Göyçayda "Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA