Hərbi Hava Qüvvələrinin döyüş imkanları gücləndirəcək

img

23-07-2018 [16:36]


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA