Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - İlk görüntülər+VİDEO

img

23-07-2018 [15:38]


İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

Artıq İsmayıl ailəsinə təhvil verilib.

**** 

Bir neçə saat bundan əvvəl tapılan 3 yaşlı İsmayılın əmisi Məhəmməd Məsimov "Qafqazinfo”ya açıqlama verib. O, uşağın hazırda xəstəxanada olduğunu bildirib:

"Bir saata yaxındır ki, İsmayıl tapılıb. Uşağın vəziyyəti yaxşıdır. İndi yanımda deyil, xəstəxanadadır. Üzündə az-maz cızıqlar var, yüngülvari yaralanıb. Meşənin içərisində çayın kənarında tapılıb. Hələlik bu barədə məlumatımız var”.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA