FHN-nin xilasediciləri Türkiyədə 6 nəfəri xilas edib, 10 nəfərin cəsədini tapıblar

img

25-10-2011 [11:32]


Türkiyənin Van şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 6 nəfəri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri sağ çıxarıblar. MIA FHN-nin rəsmi internet saytına istinadən xəbər verir ki, gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 cəsəd tapılaraq dağıntılar altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bununla da, 24 oktyabr 2011-ci il tarixindən bu saatlaradək Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində uçqun və dağıntılar altından 6 nəfər xilas edilib, 10 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA