Azərbaycanda 6 ayda 306 nəfər İİV-ə yoluxub

img

23-07-2018 [13:26]


Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib ki, onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Mia.az-a verilən məlumata görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb ki, onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır.

Qeyd olunub ki, İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verb, onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil edib ki, onların da 1853 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA