20-07-2018 [16:33]
Xəbər verdiyimiz kimi, 15 avqust 2018-ci il tarixindən etibarən "Asan İmza” mobil elektron imza xidmətindən istifadənin qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcək.
Dəyişikliklərin təşəbbüskarı kimi xidmətin operatoru olan "B.EST Solutions” şirkəti çıxış edib. Şirkətdən Modern.az-a verilən açıqlamada bildirlib ki, Azərbaycan "Asan İmza” mobil identitet və imzanın buraxılışı üzrə layihənin reallaşdırıldığı dünyada ilk 10 ölkənin siyahısına daxil edilib.
"Regionda Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstanın daxil olduğu bir sıra ölkələrdə ən təhlükəsiz, istifadədə asan və İnternetə məhdud çıxışı olan istifadəçilər üçün əlyetərlilik baxımından bu texnologiyanın tətbiq edilməsi planlaşdırılır. Bununla yanaşı "Asan İmza” bazar rəqabətinin qaydalarını gözləyərək Azərbaycanda Elektron Rəqəmsal İmza (e-imza) ilə bərabər şəkildə qüvvədədir. Bu isə istifadəçilərə üstün variant seçimində dayanmağa imkan verir.
Eyni zamanda sertifikatların verilişi zamanı vətəndaşların identifikasiyasının təmin edilməsində innovativ xidmətlərin lokomotivi sayılan Azərbaycan Respublikası Vergilər Nazirliyinə xüsusi təşəkkür bildiririk. Onların sayəsində əminik ki, vətəndaşların imza sertifikatları yad əllərə düşmür. Daha bir minnətdarlığı ASAN Xidmət mərkəzlərinə bildirmək istəyirik, çünki onlar "Asan İmza”nı ölkəmizin istənilən nöqtəsində əldə etmək üçün vətəndaşlara şərait yaradırlar.
Kök sertifikatın etibarlılığı isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir. Daha bir minnətdarlıq maliyyə sektoru və innovativ təhlükəsiz elektron xidmətlərin təqdim edilməsinə görə "Asan İmza” xidmətinin bütün digər partnyorlarına bildirilir.
Xidmətin bütün fəaliyyəti boyu bu xidmətin göstərilməsilə bağlı heç bir münaqişə baş verməmişdir. Bundan əlavə istənilən demokratik respublika kimi Azərbaycan bazar iqtisadiyyatının qaydalarına riayət edir. Bu səbəbdən ölkənin bazarlarında bərabər şərtlərdə iki rəqabət göstərən məhsul - "Asan İmza” və "E-imza” tələbatçılara seçim hüququ təqdim edir. Bu, ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən də çox vacibdir, çünki bu hal bir identitet sistemindən imtina zamanı digərindən istifadəyə keçidi təmin etməyə imkan verəcəkdir.
Biz anlayış və dəstəyə, həmçinin vətəndaşlarımızın fərdi məlumatlarının yüksək şəkildə qorunması ilə birlikdə innovativ, təhlükəsiz Azərbaycanın yaradılmasındakı birgə töhfəyə görə "Asan İmza”nın bütün istifadəçilərinə minnətdar olacağıq. Yalnız birgə səy nəticəsində biz ölkəmizin kiber təhlükəsizliyini təmin etmiş olacağıq.
Hazırda 500-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində "Asan İmza”dan istifadə edirlər. "Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunub. Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi