?Azərsu?nun Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilib

img

24-10-2011 [05:11]


Bu gün ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərində yeni Mərkəzi Laboratoriyasının təməlqoyma mərasimi keçirilib. Açılış mərasimində ?Azərsu? ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, yeni su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya binasının ümumi sahəsi 1800 kvadratmetr sahəni əhatə edəcək. Burada ən son texnologiyaya uyğun avadanlıqlar quraşdırılacaq. Laboratoriya istismara verildikdən sonra İSO-17025 akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq. Hazırda ?Azərsu? ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 30-a yaxın parametri öyrənilirsə, yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq. Yeni laboratoriyada içməli suyun keyfiyyətinə nəzarəti tam təmin etmək üçün mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəricilər, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin ediləcək. Layihə çərçivəsində su təchizatı sistemində fövqəladə hallar baş verdikdə su nümunələrinin götürülməsi, onların yerində analiz olunması üçün səyyar laboratoriya və nümunə daşıyan maşınların alınması da nəzərdə tutulur. Qeyd edək ki, ümumilikdə yeni laboratoriya kompleksi sutka ərzində paytaxtın 500-dən artıq nöqtəsindən içməli su nümunələrinin götürülməsi və yoxlanmasına imkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA