18-07-2018 [23:07]
"Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar”.
Mia.az xəbər verir ki, bunu interpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər”.
Ekspert ötən il orta məktəblərə təyin olunan onlarla direktorun daha sonra öz ərizələri ilə işdən çıxdığını vurğulayıb: "Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb”.
K.Əsədov pedoqoji fəaliyyəti olmayan ali təhsilli bacarıqlı başqa ixtisas sahiblərinin direktor olması məsələsinə də toxunub. Onun sözlərinə görə, direktor olmaq istəyənlərin sırf pedoqoji fəaliyyətinin olması önəmli deyil:
"Ali təhsilli şəxs istər baytar olsun, istərsə də həkim olsun, əsas odur ki, onda menecerlik bacarığı olmalıdır. Çünki burada söhbət onun dərs aparmasından getmir, müəssisəni idarə etməsindən gedir. Ona görə də, direktorluq biliklər əsasında deyil, bacarıqlar əsasında müəyyən edilməlidir. Ona görə də direktorların idarəçilik bacarıqları olmalı və onlar məktəbə pul gətirməli və pul qazandırmalıdır. Təəssüf ki, direktorların məktəbə pul qazandırmasını deyəndə onların rüşvət alması kimi başa düşülür. Xeyir, bu, belə deyil. Bu gün ümumtəhsil məktəbləri dövlətdən maliyyələşir. Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət”.
"Ona görə də hesab edirəm ki, direktor olmaq üçün sırf müəllimlik ixtisasına sahib olmağa ehtiyyac yoxdur. Əsas idarəetmə bacarığına və menecerlik fəaliyyətinə önəm verilməlidir ki, müəssisəyə qazanc gətirilsin” - deyə, K.Əsədov əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi