Yeni nəsil şəxsiyyət vəsiqəsinin hansı üstünlükləri var? - İzahat + VİDEO

img

17-07-2018 [23:06]


Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin nümunəsi artıq hazırdır.

Xəzər Xəbər-in məlumatına görə, vəsiqələrin verilməsinə bu ilin sentyabrın 1-dən başlanılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil vəsiqələrinin bir çox üstünlükləri var. Bu vəsiqələr iki növ elektron sertifakatla təmin edilib.

Yeni nəsil vəsiqələri istənilən növ kart-oxucu vasitənin köməyi ilə istifadə etmək olacaq.

Yeni vəsiqələr mərhələlərlə dəyişdiriləcək və yalnız 10 yaşından yuxarı şəxslərə veriləcək. Vəsiqələrinin vaxtı bitmiş vətəndaşlar yeni vəsiqəni həm "ASAN xidmət" mərkəzləri, həm də polis idarələrindən ala biləcəklər. 

Vəsiqələrin üzərindəki elektron imza sertifikatı isə vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və müddəti 5 il olacaq. Bu vəsiqələr dövriyəyə buraxıldıqdan sonra ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA