QMi sədri Türkiyə rəhbərliyinə bazsağlığı verib

img

24-10-2011 [12:20]


Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Türkiyə rəhbərliyinə və xalqına baş sağlığı verib. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycan dindarlarının qardaş ölkəyə əlindən gələn yardımı göstərməyə hazır olduğunu bildirib. Qeyd edək ki, prezident İlham Əliyevdə oktyabrın 23-də Türkiyə Respublikasının prezidenti Abdullah Gülə telefonla zəng edib. Dövlət başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb. İ.Əliyev Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA