17-07-2018 [13:22]
Xəbər verdiyimiz kimi, dünən ümumi təhsil müəssisələrinə Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin test mərhələsinə start verilib. İlk gün 4 mindən çox namizədin iştirak etdiyi imtahanda müəllimlər ibtidai sinif fənni üzrə test tapşırıqlarını həll edib.
İmtahandan sonra bir çox müəllim sosial şəbəkələrdə test suallarının cavablarında yalnışlıq olduğundan, bəzi suallarda isə doğru cavabın göstərilmədiyindən gileylənib. Bildiriblər ki, bu kimi səhv test tapşırıqları xeyli zamanlarının boşa getməsinə səbəb olub.
Daha bir məqam isə ondan ibarətdir ki, sonradan sualların doğru cavabları təqdim olunmadığından müəllimlər səhv olduğunu güman etdikləri sualların nəticələrindən xəbərsiz qalır.
Təhsil eksperti Kamran Əsədov da sosial şəbəkədə müəllimlərin iradlarının haqlı olduğunu vurğulayıb. Qeyd edib ki, şikayətlər çox olsa da, heç bir qurum bu narazılıqlara cavab vermək istəmir:
"Elə imtahan başlayan kimi təqdim edilmiş test tapşırıqlarında səhvlər və qüsurlar ortaya çıxmağa başladı. Bununla bağlı mənə də bir neçə test tapşırığı nümunəsi göndərilib. Təhsil Nazirliyi iştirakçılara sonradan test tapşırıqlarını təqdim etmir ki, iddiaçı həm səhv etdiyi suallara aydınlıq gətirsin, həm də əlində fakt olsun.
İkinci çatışmazlıq odur ki, imtahan iştirakçıları test tapşırıqları ilə bağlı şikayət, irad və etirazlarını bildirmək üçün bir qurum tapa bilmirlər.
Sualların məzmunu ilə bağlı şikayət etmək istəyən imtahan iştirakçıları nazirliyə müraciət ediblər. Nazirlik isə Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutuna yönləndirib. Onlar da cavabdeh olmadıqlarını bildiriblər. Son ümid yeri olaraq isə sosial şəbəkələr qalıb”.
Ekspert MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən keçirilməsini təklif edib:
"Fikrimi belə əsaslandırıram ki, birincisi, DİM keçirdiyi bütün növ imtahanların öncədən proqram və ədəbiyyat siyahısını təqdim edir. İkincisi, DİM keçirdiyi bütün növ imtahanlarda təqdim olunan test nümunəsini təqdim edir. Üçüncüsü isə DİM keçirdiyi bütün növ imtahanlardan sonra apelyasiya komisiyası yaradır, imtahanın gedişi, test tapşırıqları ilə bağlı kinin nə sualı, iradı, şikayəti varsa, gəlir, birbaşa həm DİM - in rəsmi nümayəndəsinə, həmdə test tapşırığını seçən, yazan adama sözünü deyir. Və həqiqətən də irad da azda olsa həqiqət varsa, bu iddiaçının xeyrinə həll olunur.
Təhsil Nazirliyinə keçən il keçrilən imtahandakı test tapşırığı ilə bağlı müraciətimə 1 ildir ki, cavab verən yoxdur. Həm də DİM - ə test tapşırığı ilə bağlı irad tutanda, müraciət edənə elmi cavab yazırlar.
Səhv test tapşırığına görə bu işi həyata keçirənlər vəzifəsindən azad edilməli, hər səhv test tapşırığına görə iştirakçılara 2 bal verilməlidir. Çünki onlar kiminsə səriştəsiz və məsuliyyətsizliyinə görə o test tapşırığına çox vaxt sərf ediblər, stress keçiriblər”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilsə də, cavab verilməyib/qafqazinfo.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi