Allahşükür Paşazadə Gəncəyə getdi - SƏBƏB

img

17-07-2018 [11:22]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib. 

Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir. Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuuş iki polis zabitinin ailəsinə baş çəkəcək, onlara başsağlığı veriləcək.

Rəsmi məlumatlara görə, iyulun 10-da Gəncə şəhərində törədilmiş hadisələrlə bağlı 20-dən çox adam həbs edilib.
Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 10-dan çox adam tutulub, axtarılanlar var...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA