Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? - Məmur övladları... + Video

img

16-07-2018 [10:52]


Bakıda tunellərin birinin altında gözlənilməz hadisə baş verib.

Mia.az xəbər verir ki, toya getməyə hazırlaşan bir qrup gənc maşınları ilə tuneli bağlayıb. Bundan sonra isə rəqs etməyə başlayıblar.

Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Digər sürücülər hadisəyə etiraz olaraq dayanmadan siqnal verməyə başlayıblar.

Qeyd edək ki, videonu paylaşanlar tuneli bağlayanların məmur övladları olduğunu iddia ediblər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlasaq da, onunla danışmaq mümkün olmayıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA