?Boyalarımıza ilgi böyük oldu?

img

22-10-2011 [02:28]


[b]Behzad Qolinejhad: ?Sərgi göstərdi ki, dekorativ boyalarımız ? ?Sandeco? qısa müddətdə Azərbaycan bazarında özünə böyük yer tutacaq? [/b] Türkiyə və İranın birgə təsis etdiyi və əsasən ?Sandeco? dekortativ boyalarının istehsalı ilə inşaat sektorunda hegemonluq edən ?Deka Boya İthalat ? İxracat Sənaye və Ticarət LTD? şirkəti Azərbaycanda ? ?BakuBuild? Beynəlxalq Sərgi Mərkəzində 19 oktyabrda başlayan və dünən başa çatan inşaat sərgisindən çox məmnun qalıb. Bununla bağlı MİA-ya açıqlama verən şirkətin rəhbəri Behzad Qolinejhad deyib ki, gözlədikləri kimi, Azərbaycanda?Sandeco? dekorativ boyalarına böyük maraq olub: ?Bu sərgi inşaat sektorunda fəaliyyət göstərən təcrübəli memarların və çoxlu sayda tikinti şirkətlərinin bizim müxtəlif çeşid və rəngdə istehsal etdiyimiz çöl və iç dekorativ ?Sandeco? boyaları ilə yaxından tanış olmasına səbəb oldu. Sizə qətiyyətlə deyə bilərəm ki, bizim məhsullara ilgi həddən artıq, yəni gözlədiyimizdən də artıq ilgi oldu. Bu, bizim üçün sevindiricidir. Şübhə yox ki, göstərilən ilgi məhsullarımızın keyfiyyəti və görünüşünün çoxçəkici və üstün olması ilə bərabər, həm də qiymətlərin sərfəli olması ilə əlaqəli idi. Təsadüfi deyil ki, bir neçə şirkət elə sərgidəcə bizimlə əməkdaşlıq etmək üçün ilkin danışıqlar aparıblar?. Şirkət rəhbəri deyir ki, sərgi vasitəsiylə onlar həm də Azərbaycanın tikinti sektorundakı real durumu da öyrənməyə nail olublar: ?Sərgidə əmin olduq ki, Azərbaycanda çox sürətlə tikinti-quruculuq işləri davam edir və yaxın onillikdə bu istiqaəmtlər surətini daha da artıracaq. O üzdən biz nəinki bir neçə şirkətin təkliflərini dəyərləndlirmək istəyirik, həm də ölkənizdə qalıcı olmaq üçün daimi nümyəndəlik də açacağıq. Qəzetinizə bu haqda danışmışdım. Amma 3 gün ərzində sərgidə gördüyümüz ilgi fikirimizi qətiləşdirməyə təkan verdi. Çox güman ki, yaxın müddətdə nümayəndəliklə bağlı hüquqi işləmlərə qərar verəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA