Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralına bazsağlığı verib

img

22-10-2011 [02:21]


Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda, krallığın vəliəhdi Sultan bin Əbdüləziz Al Səudun vəfatı münasibətilə başsağlığı verib. Başsağlığı məktubunda bildirilir: ?Əlahəzrət, əziz qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, görkəmli dövlət xadimi, qardaşınız Sultan bin Əbdüləziz Al Səudun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA