Ombudsman aclıq aksiyasından danızdı

img

21-10-2011 [04:15]


Ombudsman Elmira Süleymanova 2 aprel məhbuslarının ailə üzvlərinin və yaxınlarının aclıq aksiyasına münasibət bildirib. ?Bizə bilavasitə müraciət olmayıb. Amma Ombudsman təkcə müraciətlər üzrə işləmir. Biz qəzetlərin monitorinqini aparırıq və bu hal bizə məlumdur. Həmişə bizə çətinlik yaradan səbəb məhkəmənin qərarıdır?.- deyən E.Süleymanova deyir ki, məhkəmə hökmünə müdaxilə etmək səlahiyyətləri yoxdur: ?Ombudsmanın əsas vəzifəsindən biri saxlanma şəraiti ilə tanışlıq, zorakılıq hallarının olub-olmamasını araşdırmaqdır. 2 aprel aksiyasında saxlananlar həbs qərarının çıxarılmasına etiraz edirlər. Lakin bizim məhkəmənin hökmünə müdaxilə səlahiyyətimiz yoxdur. Mənim məhkəmənin doğru və ya yanlış hökm çıxardığını deməyim yolverilməzdir?. Müsavat Partiyasının qərargahında 8 gündür keçirilən aclıq aksiyası oktyabrın 21-də dayandırılıb. Aksiya iştirakçıları müxalifət fəallarının buraxılmasını tələb edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA