Ölkə ərazisində keçirilən ?Təmiz hava? aylığı tədbirlərinin nəticələri açıqlanıb

img

21-10-2011 [03:27]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə avqustda ölkə ərazisində keçirdiyi ?Təmiz hava? aylığı tədbirlərinin nəticələri açıqlanıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, 29 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparılıb. Yoxlamaya cəlb olunmuş 755 avtomobildən 108-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub, 2 müəssisəyə 4155 manat məbləğində ödəmə tətbiq olunub. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı 2976 avtomobildən 168 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Aparılan araşdırmaların nəticəsi göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir. Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə, fərdi qaydada yoxlanılan 9772 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 2020 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA