İcra başçısı ilə deputat qəza yerinə getdi

img

12-07-2018 [17:57]


"Ağsu rayonu Bico kəndi ərazisində quru otlaq sahələri yanır. Rayon ərazisində olan FHN-nin bütün yanğınsöndürən maşınları hadisə yerinə cəlb edilib”.

Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağsu rayonundan seçilən deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, bir qədər əvvəl Ağsu rayonun Suraxanı kəndində icra başçısı Ənvər Seyidəliyev ilə birlikdə vətəndaşların qəbulunu keçirirdilər:

"Hadisəni eşidən kimi, icra başçısı aidiyyati qurumlara göstərişlərini verdi. Hazırda icra başçısı ilə birlikdə hadisə yerinə gedirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA